AZ

Omanın Sultanı Prezident İlham Əliyevi Ramazan bayramı münasibətilə təbrik edilb

 

Omanın Sultanı Heytəm bin Tariq Al Səid Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

 

Pravda.az xəbər verir ki, məktubda deyilir:

 

"Zati-aliləri.

 

Mübarək Ramazan bayramı münasibətilə Sizə səmimi təbriklərimizi çatdırmaqdan məmnunluğumuzu bildiririk.

 

Zati-alinizə cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına isə davamlı inkişaf və rifah arzulayırıq.

 

Uca Allahdan diləyimiz budur ki, İslam ümmətinə xeyir-bərəkət və firavanlıq nəsib etsin".

Tarix: 2 Aprel 2025, 17:00   
Seçilən
166
8
pravda.az

10Mənbələr