AZ

Omanın Sultanı Azərbaycanın dövlət başçısını təbrik edib

Omanın Sultanı Heytəm bin Tariq Al Səid Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb...

Məktubda deyilir:

"Zati-aliləri.

Mübarək Ramazan bayramı münasibətilə Sizə səmimi təbriklərimizi çatdırmaqdan məmnunluğumuzu bildiririk.

Zati-alinizə cansağlığı və xoşbəxtlik, dost Azərbaycan xalqına isə davamlı inkişaf və rifah arzulayırıq.

Uca Allahdan diləyimiz budur ki, İslam ümmətinə xeyir-bərəkət və firavanlıq nəsib etsin".

Poliqon.info

Seçilən
191
8
poliqon.info

10Mənbələr