“Real”ın braziliyalı vingeri Vinisius Juniorun yay transfer pəncərəsi zamanı klubu tərk etmə ehtimalı yüksəkdir.
Publika.az xəbər verir ki, son vaxtlar Madrid klubunun rəhbərliyi ilə futbolçu arasında müqavilə danışıqlarının nəticəsiz qalması səbəbindən münasibətlər korlanıb. İspaniya nəhəngi braziliyalının maliyyə tələblərini həddən artıq yüksək hesab edir və ona digər futbolçulardan artıq pul ödəməyə hazır deyil.
Madrid klubunun rəhbərliyi minimum 300 milyon avroluq transfer təklifi alacağı təqdirdə, futbolçunu satmağa hazırdır.