Ümumdünya Səhiyyə Təşkilatının Baş Direktoru Qebreyesus yeni pandemiya riskləri barədə xəbərdarlıq edib.
AzPost xəbər verir ki, o, dünyada “tez bir zamanda” yeni təhlükəli pandemiyanın yarana biləcəyini söyləyib.
Onun sözlərinə görə, hazırda dövlətlər yeni pandemiyanın qarşısını almaq üçün saziş üzərində işi sürətləndirməlidir.
“Yeni bir pandemiya sabah və ya 20 il və ya daha çox müddətdə baş verə bilər. Biz indi hazırlaşmalıyıq” – deyə Qebreyesus bildirib.
O, aydınlaşdırıb ki, bu fonda qlobal ictimaiyyət pandemiyaların qarşısının alınması üzrə ÜST sazişi üzərində işi sona çatdırmalıdır.