…Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adanom Qebreyesus, yeni pandemiyanın hər an başlaya biləcəyi və onunla effektiv mübarizə aparmaq üçün beynəlxalq razılaşmanın lazım olduğu barədə xəbərdarlıq edib.
SİA-nın məlumatına görə, Qebreyesus bildirib ki, COVID-19 digər qlobal çağırışlara arxa plana keçsə də, növbəti pandemiya qəfildən baş verə bilər.…Bu, 20 il və ya daha çox müddətdə baş verə bilər, ya da sabah ola bilər. Hazır olmalıyıq, - deyə Tedros Adanom Qebreyesus vurğulayıb.
…Və baş direktor ölkələri Ümumdünya Səhiyyə Təşkilatının Pandemiya Sazişini yekunlaşdırmaq üçün səyləri artırmağa çağırıb.
O qeyd edib ki, dövlətlərin fərqli hərəkətləri qlobal sağlamlıq təhlükəsizliyini təmin etməyəcək.
…Daha əvvəl virusoloq Protasova COVID-19-un mövsümi xəstəliklər kateqoriyasına keçdiyini açıqlamışdı.
Nazlı Almuradova