AZ

Ağdərədə skelet fraqmentləri aşkarlandı - YENİLƏNİB

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının üzvləri aprelin 4-də Ağdərə rayonunun Baş Güney kəndində insana məxsus olduğu ehtimal edilən skelet fraqmentləri tapılan hadisə yerində olacaq.

Avtosfer.az xəbər verir ki, bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa,Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Bildirilib ki, şəhid Əsəddin Curu oğlu Novruzova aid olduğu ehtimal olunan skelet qalıqları uçmuş evin altından hələ çıxarılmayıb və Dövlət Komissiyasının üzvləri mərhumun qalıqlarını ərazidən götürəcəklər.

***11:09

Ağdərə rayonunda insan sümüyünə bənzər skelet fraqmentləri aşkar edilib.

Avtosfer.az xəbər verir ki, skelet qalıqları Ağdərə rayon Baş Güney kəndi ərazisində tapılıb.

Qalıqların Əsəddin Curu oğlu Novruzov və Qurban Ramazan oğlu Göyüşova məxsus olduğu ehtimal edilir.

Faktla bağlı rayon prokurorluğunda araşdırmalara başlanılıb.

Seçilən
121
11
avtosfer.az

10Mənbələr