AZ

Macarıstan XİN-in dövlət katibi Azərbaycana səfər edəcək

Bakı. Trend:

Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyinin dövlət katibiBoqlarka İlleş Azərbaycana səfər edəcək.

Bu barədə Trend-ə diplomatik mənbədən məlumat verilib.

"O, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının Bakıda keçiriləcəkiclasında Macarıstan nümayəndə heyətinə rəhbərlik edəcək", - mənbəqeyd edib.

Qeyd edək ki, bu il aprelin 4-də Bakıda Cənub Qaz DəhliziMəşvərət Şurasının 11-ci iclası keçiriləcək.

Cənub Qaz Dəhlizi (CQD) Xəzər regionundan təbii qazı Avropayanəql edir. CQD-yə üç əsas boru kəməri sistemi daxildir: CənubiQafqaz Boru Kəməri (CQBK), Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vəTrans Adriatik Boru Kəməri (TAP). Dəhlizin ilkin ötürücülükqabiliyyəti ildə 10 milyard kubmetr olmaqla, 20 milyard kubmetrəqədər artırılması mümkündür.

Məqalədə:
Seçilən
111
4
az.trend.az

7Mənbələr