AZ

Şimali Makedoniyanın energetika nazirinin müavini Azərbaycana səfər edəcək

Bakı. Trend:

Şimali Makedoniyanın energetika, dağ-mədən və mineral ehtiyatlarnazirinin müavini Miroslav Labudoviç Azərbaycana səfər edəcək.

Bu barədə Trend-ə diplomatik mənbə məlumat verib.

"O, aprelin 4-də Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi MəşvərətŞurasının iclasında iştirak edəcək", - mənbə bildirib.

Qeyd edək ki, bu il aprelin 4-də Bakıda Cənub Qaz DəhliziMəşvərət Şurasının 11-ci iclası keçiriləcək.

Cənub Qaz Dəhlizi (CQD) Xəzər regionundan təbii qazı Avropayanəql edir. CQD-yə üç əsas boru kəməri sistemi daxildir: CənubiQafqaz Boru Kəməri (CQBK), Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) vəTrans Adriatik Boru Kəməri (TAP). Dəhlizin ilkin ötürücülükqabiliyyəti ildə 10 milyard kubmetr olmaqla, 20 milyard kubmetrəqədər artırılması mümkündür.

Seçilən
100
4
az.trend.az

7Mənbələr