AZ

Rusiyada iPhone 16 ucuzlaşıb

Hazırkı əsas Apple smartfonu Rusiya bazarında ucuzlaşıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Hi -Tech Mail.ru” nəşri məlumat yayıb.

Rusiya bazarlarında iPhone 16-nın qiyməti aşağı salınıb. Aprelin əvvəlində Apple-ın başlanğıc telefonunu 65 min rubla almaq olar. “2025-ci ilin ilk 3 ayında ən son iPhone-un qiyməti 13 faiz ucuzlaşıb”, – media müəllifləri qeyd ediblər. Onlar xatırladıblar ki, fevralda iPhone 16 70 min rubla satılıb.

“İPhone 16 smartfonu əvvəlki modellə müqayisədə çoxlu yeniliklər əldə edib. Səssiz rejim keçidinin əvəzinə fəaliyyət düyməsi peyda olub, kameranı idarə etmək üçün toxunmaya həssas Camera Control düyməsi əlavə edilib. Kameraların dizaynı da yenilənib – indi blok şaquli vəziyyətdədir”, – jurnalistlər cihazı təsvir ediblər.

Telefon 6,1 düymlük Super Retina XDR OLED displey, A18 prosessoru və 8 giqabayt operativ yaddaşla təchiz edilib. Qadcet 48 meqapiksel təsvir ölçülü geniş bucaqlı obyektivdən və 12 meqapiksel ayırdetmə qabiliyyətinə malik ultra geniş bucaqlı sensordan ibarət ikili kameraya malikdir. Qurğu 3561 milliamper-saat tutumlu akkumulyator alıb.

Martın sonunda məlum olub ki, Rusiya bazarında iPhone 14-ün qiyməti 50 min rubla düşüb. Hi-Tech Mail.ru-nun jurnalistləri smartfonu təsvir etdilər: “Bu, indi ala biləcəyiniz ən ucuz iPhone-dur”.

Seçilən
182
19
nocomment.az

10Mənbələr