Ukrayna vətəndaşlarının Gürcüstanda vizasız qalma müddəti üç ildən bir ilə endirilib.
XəzərNews.az xəbər verir ki, müvafiq sərəncam dəyişikliklərlə birlikdə aprelin 3-də hökumətin saytında dərc olunub.
"Ukrayna vətəndaşlarının Gürcüstana vizasız daxil olmaq və ölkədə tam bir il qalmaq hüququ var", - sənəddə deyilir.
2025-ci il fevralın 24-dən əvvəl Gürcüstana daxil olmuş ukraynalılar üçün qətnamə vizasız qanuni qalma müddətini 2026-cı il fevralın 24-dək uzadıb.
2023-cü ilin fevralında Gürcüstan hakimiyyəti ukraynalılara ölkədə iki il vizasız qalmağa icazə verib. 2024-cü ilin aprelində müddət üç ilə qədər uzadıldı.
Xəbər 3 dəfə oxunub.