Ukrayna vətəndaşları üçün Gürcüstanda vizasız qalma müddəti üç ildən bir ilə endirilib.
Publika.az “Novosti-Georgia”ya istinadla xəbər verir ki, hökumətin qərarına müvafiq dəyişiklikləri Gürcüstanın baş naziri İrakli Kobaxidze edib.
“Ukrayna vətəndaşlarının Gürcüstana vizasız daxil olmaq və ölkədə tam bir il qalmaq hüququ var”, - sənəddə deyilir.
2025-ci il fevralın 24-dən əvvəl Gürcüstana daxil olan və bu ölkədə olan Ukrayna vətəndaşlarının yaşayış hüququ 2026-cı il fevralın 24-dək uzadılacaq.