AZ

Basketbolçularımız Serbiyada keçiriləcək Gimnaziyadaya yollanıblar

Azərbaycanı Serbiyada keçiriləcək Gimnaziadada təmsil edəcək 3x3 basketbol üzrə 15 yaşadək oğlanlar və qızlardan ibarət millilərinin heyətləri müəyyənləşib.

Apasport.az xəbər verir ki, bu barədə Basketbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Zaur Paşayevin baş məşqçisi olduğu komandanın heyəti Rəvan Məmmədyarov, Yunis Gəncəliyev, Faiq Kərimov və Tunar Hacızadədən ibarətdir.

Tatyana Deniskinanın rəhbərlik etdiyi qızlardan ibarət komandada isə Aylin Niftəliyeva, Aylin Əkbərzadə, Nəzrin Almazova və Günel Məmmədli yer alıb.

Komandalar bu gün yarışın keçiriləcəyi Zlatobir şəhərinə yollanıb.

Qeyd edək ki, bu gün başlayacaq Gimnaziada aprelin 14-nə qədər davam edəcək.

ABL: Son turda daha bir oyun baş tutacaq

Millimiz 3 pillə irəliləyib

Bedri Meriç: “Sonadək döyüşdük və layiq olduğumuzu aldıq”

“Lənkəran”nın baş məşqçisi: “Ehtiyat skamyanın kasad olması yenə də öz sözünü dedi”

"Şəki" pley-offa yüksəlib

Seçilən
253
29
apasport.az

10Mənbələr