AZ

Azərbaycan cüdoçuları Avropa çempionatına son hazırlığı Macarıstanda keçəcəklər

Azərbaycanın kişilərdən ibarət cüdo millisi Monteneqronun paytaxtı Podqoritsada təşkil olunacaq Avropa çempionatına son hazırlığı Macarıstanda keçəcək.

Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, məşqlər aprelin 7-dən 12-dək Tata şəhərindəki Olimpiya Təlim Düşərgəsində reallaşacaq.

Qeyd edək ki, Avropa çempionatı aprelin 23-dən 27-dək keçiriləcək. Yarışda Azərbaycanı 9 kişi və 7 qadın cüdoçu təmsil edəcək.

Seçilən
253
3
report.az

10Mənbələr