AZ

Tovuzda beşmərtəbəli yaşayış binasında baş verən yanğın qısa müddətdə söndürülüb

Bakı, 4 aprel, AZƏRTAC

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Tovuz şəhəri, Vaqif küçəsində beşmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Tovuz rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində binanın birinci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 70 kvadratmetr olan üçotaqlı mənzilin yanar konstruksiyaları 50 kvadratmetr sahədə yanıb.

Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.

Yanğın zamanı köməksiz vəziyyətdə qalmış ikisi azyaşlı olmaqla 4 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən xilas olunub, 7 nəfər təhlükəsiz əraziyə təxliyə edilib, xəsarət almış 1 nəfər isə təcili tibbi yardım briqadasına təhvil verilib.

Seçilən
222
17
azertag.az

10Mənbələr