AZ

Tovuzda yanğın, xəsarət alan var

Tovuz şəhəri, Vaqif küçəsində beşmərtəbəli yaşayış binasında yanğın baş verib.

Gundem.az xəbər verir ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Tovuz rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində binanın birinci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın qısa müddətdə södürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 70 kv.m. olan üçotaqlı mənzilin yanar konstruksiyaları 50kv.m. sahədə yanıb.

Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.

Yanğın zamanı köməksiz vəziyyətdə qalmış 2-si azyaşlı olmaqla 4 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən xilas olunub, 7 nəfər təhlükəsiz əraziyə təxliyə edilib, xəsarət almış 1 nəfər isə təcili tibbi yardım briqadasına təhvil verilib.

Seçilən
156
17
gundem.az

10Mənbələr