AZ

Kanada dünya lideri olaraq ABŞ-ı əvəz etməyə HAZIRLAŞIR

Bizim.Media xəbər verir ki, bunu ölkənin baş naziri Mark Karni “The New York Times”a açıqlamasında deyib.

Kanadanın Baş naziri, ştatlara alternativ axtaran “həmfikirlərdən ibarət koalisiya” yaratmağa çalışacağını açıqlayıb: "Əgər Birləşmiş Ştatlar artıq lider olmaq istəmirsə, o zaman Kanada lider olacaq. Birləşmiş Ştatların qlobal iqtisadi liderlik bayrağını daşıdığı, etimad və qarşılıqlı hörmətə əsaslanan ittifaqlar qurduğu, mal və xidmətlərin azad və açıq mübadiləsini müdafiə etdiyi 80 illik dövr sona çatdı. Bu faciə olsa da, həm də yeni reallıqdır".

O bildirib ki, Kanada Trampın tariflərinə cavab verəcək ki, özünə minimal, ştatlara isə maksimum ziyan vursun.

Bizim.Media

Seçilən
127
44
bizim.media

10Mənbələr