Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XVIII tura start verilib.
90deqiqe.Az-ın məlumatına görə, Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutan oyunda “Abşeron” “Milli Aviasiya Akademiyası”na, "Azərreyl" isə UNEC kollektivinə 3:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, tura aprelin 5-də keçiriləcək “Gəncə” - “Murov Az Terminal” görüşü ilə yekun vurulacaq.