Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında bu gün XVIII tura bir oyunla yekun vurulacaq.
Apasport.az xəbər verir ki, "Gəncə" evdə "Murov Az Terminal"la qarşılaşacaq.
Gəncə İdman Sarayında keçiriləcək görüş saat 14:00-da başlayacaq. "Gəncə" hazırda 24 xalla turnir cədvəlində dördüncü pillədə qərarlaşıb. 18 xala malik "Murov Az Terminal" isə beşincidir.
Qeyd edək ki, turun ötən gün keçirilən görüşlərində “Abşeron” “Milli Aviasiya Akademiyası”na, "Azərreyl" isə UNEC kollektivinə 3:0 hesabı ilə qalib gəlib.
“Neftçi” “Murov Az Terminal”a uduzdu
"Abşeron" yenə qalib gəldi
“Abşeron” autsayderlə üz-üzə gələcək
Yüksək Liqa: “Neftçi” növbəti matçına çıxacaq
Yüksək Liqa: “Azərreyl"dən qələbə