Bakı. Trend:
Aprelin 5-i saat 17:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən xəbərəgörə, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli havaşəraiti müşahidə olunur.
Belə ki, Naxçıvan, Culfa, Ordubad və Astarada arabir yağışyağır.
Bəzi yerlərdə qərb küləyi əsir, küləyin sürəti arabir Şahdağda20, Kəlbəcərdə isə 16 m/s-yə çatır.
Göygöl, Qax və Lerikdə duman müşahidə olunur.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 18, Aranrayonlarında 19, Naxçıvan MR-da 20, dağlıq rayonlarda isə 12dərəcəyədək isti qeydə alınıb.