Aprelin 5-i saat 17:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.
Belə ki, Naxçıvan, Culfa, Ordubad və Astarada arabir yağış yağır.
Bəzi yerlərdə qərb küləyi əsir, küləyin sürəti arabir Şahdağda 20, Kəlbəcərdə isə 16 m/s-yə çatır.