Bakının Yasamal rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyatı hadisəsi baş verib.
Viral.az xəbər verir ki, qəza Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.
Belə ki, motosiklet sürücüsü idarəetməni itirərək yolu keçən piyadanı vurub. Nəticədə piyada ağır xəsarət alıb. Qəza nəticəsində motosiklet sürücüsü də xəsarət alıb.
Son Yazılar:
- Yasamalda motosiklet piyadanı VURDU
- “Səbail”lə “Turan Tovuz”dan qolsuz heç-heçə
- Türk dünyasının ortaq əlifbaya qovuşması ən vacib gözləntilərimizdən biridir
Əraziyə təcili tibbi yardım avtomobili və polis əməkdaşları cəlb edilib.
Hər iki şəxs təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.