Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 05.04.2025-ci il tarixində saat 19:00 radələrində Yasamal rayonu ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub.
Mərkəzdən APA-ya verilən məlumata görə çağırış ünvanına dərhal təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfər (kişi cinsli) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə təxliyə olunub.
Onların vəziyyəti ilə bağlı açıqlama verilməyib.
Telegram kanalımız