AZ

“Mehriban Ələkbərzadə bütün şəhid ailələrini təhqir edib, hamısından üzr istəməlidir”-QALMAQAL böyüyür-ÖZƏL

 
“Mehriban Ələkbərzadə haqda bu vaxta qədər danışmayıb susmağı özüm seçdim. İstəmədim ki, hansısa qalmaqalın içində olum. Susmağıma bir neçə səbəb də var idi, onu açıqlaya bilmərəm. Buna görə də danışmadım. Amma içimdə bu haqsızlığı qəbul edə bilmirdim. Təsəvvür edin, siz bir şeyin üstündə illərdir işləyirsiz və sonradan bir adam ortaya çıxır deyir ki, “yox, mən buna icazə vermərəm”. Bu “yox” sözü mənim qəlbimdə bir acı olaraq qaldı”
 
Bunu Moderator.az-a açıqlamasında Əməkdar İncəsənət xadimi, tanınmış aktrisa Məlahət Abbasova deyib. O daha sonra əlavə edib:
 
“Mən Türkiyədə Azərbaycan ədəbiyyatına, xalqına xidmət edirəm. Yaradıcılığımın 99 faizi Azərbaycana həsr olunub. Və bir anda hər şey bir insanın intriqası, qısqanclığı, xainliyi üzündən yarım qalır. O sanki mənim qarşıma beton divar hördü. Dedi ki, mən nə vaxta qədər ki, burdayam, sənə bu teatrda tamaşa hazırlamağa icazə verməyəcəm. O dediyi yer mənim doğma teatrımdır. İlk addımlarımı mən bu teatrda atmışam. Bu teatrın təbliğatı ilə məşğulam. Türkiyədən mənim verilişimə qonaqlar gələndə mən onları Akademik Milli Dram Teatrına, Akademik Musiqili Teatrın tamaşalarına aparırdım. Son illərdə Türkiyə və Azərbaycan arasında olan qardaşlıq münasibətləri bütün dünyaya əyan idi. Mən də istədim ki, bu qardaşlığa bir töhfəmi verim. Çünki mən teatr insanıyam, teatr üçün yaşayıram. Bir anlıq qarşıma böyük bir sədd çəkildi. Öz-özümə düşündüm ki, cılız insanlardır, baş qoşmayım. Getdikcə bu mənim içimdə cavablanmayan bir suala çevrildi. Susduğum üçün də özümü qınayırdım. Çox tamaşaçılardan, sevənlərimdən mesajlar alırdım. Onlar deyirdilər ki, siz Azərbaycandan çıxmısız, amma fəaliyyətinizi ancaq Türkiyədə davam etdirirsiniz. Türkiyəyə gəlib mənim tamaşalarımın uğurlarını görənlər bir növ məni qınayırdılar ki, niyə Azərbaycanda bu tamaşaları görmürük? Özümdə artıq zəiflik hiss edirdim ki, mən niyə susuram? Mən niyə qorxuram? Sonra da eşidirdim ki, Mehriban Ələkbərzadə teatrda aktyorların üzərində hegemonluq edir, qorxu yaradır, onları təhdid, təhqir edir, alçaldır. Bunları eşidəndə artıq dayana bilmədim. Çünki teatrda psixoloji və pataloji bir vəziyyət yaranmışdı. Bunu açıqlamağın zamanı gəldi. İstədim ki, bunu mənim dövlətim və Mehriban Ələkbərzadəni dəstəkləyənlər də bilsin. Mehribanı universitet illərimdən yaxından tanıyıram. O həqiqətən də teatra zərər vuran bir insandır. O hər zaman kimlərinsə yardımı, köməyi ilə sənətdə “var olub”. Bunu hamı bilir. Sadəcə Azərbaycanda bunu heç kim danışmır. İki dövlət arasına böyük bir skandal salır. Təsəvvür edin, Türkiyə teatrında Hüseyn Cavidin “İblis” tamaşasını biz Azərbaycan teatrında nümayişini razılaşdırıb, 6 ay boyunca məşq etmişik. Azərpaşa Nemətovun rəhmətə getməsi ilə hər şey bitdi. Bütün bu işlər Mehribanın ixtiyarına verildi. Bu mənim içimdə bir acı olaraq qaldı. Mehriban məni kobud, səviyyəsiz, mədəniyyətsiz şəkildə qəbul edib, “nə qədər ki, mən burdayam heç bir tamaşa hazırlaya bilməyəcəksən” deməsi Akademik Milli Dram Teatrının rəhbərliyinə yaraşan bir hərəkət deyildi. Bunu da açıqlamaq mənim vətəndaşlıq borcum idi. Nə olsun ki, mən Türkiyədə yaşayıram. Bütün həyatımı, fəaliyyətimi Türkiyədə Azərbaycan teatrının inkişafına yönəltmişəm. Mən bir mədəniyyət elçisiyəm. Əlbəttə ki, məni Azərbaycan teatrı da maraqlandırır” deyə aktrisa bildirib.
 
Məlahət Abbasova Mehriban Ələkbərzadəni tükənmiş rejissor adlandırıb:
 
“Mehribanın məni rejissor kimi bəyənib-bəyənməməsi vecimə deyil. Mənim üçün bunun heç bir əhəmiyyəti yoxdur. Mənim qiymətimi dövlətim verib. Mehriban özü tükənmiş bir rejissordur. Rejissorluq gözəl cümlələr qurmaq demək deyil. Rejissorluq səhərə qədər yutub qarşısında oturub o səhnələrdən nəyisə oğurlamaq demək deyil.. Hər tamaşanın birindən geyim, birindən mizan, birindən obraz götürüb, hansısa əsərin motivləri əsasında tamaşa qoymaq rejissorluq demək deyil. Rejissorluq gözəl cümlələri sevmir. Rejissorluq səhnədədir. Sənin səhnədən ötürəcəyin nəsnədədir.. İnsanlar çox gözəl cümlələr danışa bilər. Otururlar gözəl-gözəl kitab cümlələrini əzbərləyirlər, amma tamaşaya baxanda görürsən ki, bir köpüklük deyil. Kaşki danışdığı gözəl cümlələrlə səhnədə hazırladığı tamaşalar bir-birinə uyğun olardı.. Tükənmiş rejissor sözü ona yarışır. Öz işığına güvənməyən başqasının parıldamasından narahat olar. Bunun üçün o narahat olur. Mehriban Ələkbərzadənin 2012-ci ildə Kıbrıs Dövlət Teatrında tamaşaya hazırladığı “Qatil” əsəri qeyri-etik, pornoqrafik səhnələrlə zəngin olduğu və son dərəcə zəif səhnə əsəri olduğu üçün sadəcə 3 ay repertuarda qalmış, 3 ay içində 4-5 dəfə göstərilmişdi. Teatr rəhbərliyi bu tamaşadan dolayı qastrol səfərlərini ləğv etmişdi. Deyəsən bütün bunlar onun yadından çıxıb. Və.. ən əsas məsələ.. Bilirsiniz ki, Mehriban Ələkbərzadə şəhid qızı, əməkdar artist Məsmə Aslanqızını təhqir edərək deyib ki, 20 yanvar şəhidləri dəbdən düşüb... Şəhidlik də dəblədir? Mən bunu eşidəndə çox üzüldüm. Haldan-hala düşdüm. Çünki mənim də qohumlarım arasında şəhid olanlar var. Vətən torpaqları səhnə, şəhidlərimiz də səhnədə al-qana boyanan geyimlərlə gəzən manken deyil, Mehriban Ələkbərzadə! Mehriban bu sözü ilə təkcə 20 yanvar şəhidlərini yox, Azərbaycanın azadlığı uğrunda qəhrəmancasına həlak olan bütün şəhid ailələrini təhqir edib. Başda Məsmə Aslanqızı olmaqla o bütün şəhid ailələrindən üzr istəməli və vəzifəsindən uzaqlaşdırılmalıdır. Onun vəzifədə qalması bütün Azərbaycan xalqına təhqirdir” deyə aktrisa bildirib.
phrase_var_article.chosen
193
24
moderator.az

10phrase_var_article.sources