Əməkdar artist Mehriban Xanlarova ilə Azərbaycan Dövlət Millİ Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə ilə qalmaqalı davam edib.
Bizim.Media xəbər verir ki, M. Xanlarova növbəti dəfə teatrın bədii rəhbərini hədəf alan paylaşım edib.
O, paylaşımda Ələkbərzadəni Mircəfər Bağırova pərəstiş etməkdə ittiham edib: “Mircəfər Bağırova pərəstişkarlıq edən birinin 20 Yanvar şəhidlərinə hörmətsizlik etməsinə niyə təəccüblənirsiz? Mircəfər Bağırov bizim ziyalılarımızı repressiyaya göndərmişdi. Və utanmadan deyir ki, hansı tarixi şəxsiyyətə mənim simpatiyam varsa, şəxsi məsələmdir.
Vətənimizin ziyalılarını sürgünə göndərən birinə simpatiyanızın olması, şəxsi məsələniz ola bilməz! Mehriban Ələkbərzadə, Mircəfər Bağırovu örnək aldığı üçün gəlişi ilə Akademik Milli Dram Teatrında repressiya dövrünü başladıb. İçindəki Mircəfər Bağırov sevgisinə görə, “Şükriyyə” tamaşasında Şükriyyənin Mircəfər Bağırov ilə böyük bir səhnəsi vardı. Onun orada mənfi obrazda göstərilməsinə ürəyi dözmədiyi üçün çıxartdırdı.
Mircəfər Bağırova pərəstişkarlıq edən, 20 Yanvar şəhidlərini “dəbdən düşmüşÜ adlandıran birinin vəzifədə qalması düzgün deyil. Mehriban Ələkbərzadə ilə bağlı dövlət səviyyəsində araşdırma başlanmalıdır”.
Sara, Bizim.Media
phrase_var_article.topics