AZ

“Sabah” “Naxçıvan”a, “Gəncə” “Sumqayıt”a qalib gəldi - FOTO

2024/25-ci illər mövsümü Azərbaycan Basketbol Liqasında (ABL) müntəzəm çempionat başa çatıb.

Bizim.Media xəbər verir ki, bu gün XX turun son iki qarşılaşması keçirilib.

A qrupunun lideri "Sabah" ikinci pillədəki "Naxçıvan"a qalib gəlib - 111:89. Günün digər qarşılaşmasında "Gəncə" "Sumqayıt" üzərində 94-92 hesablı çətin qələbə qazanıb.
 

Qeyd edək ki, bu nəticələrdən sonra "A" qrupunun lideri "Sabah", ikinci sıranın sahibi "Naxçıvan" və qrupun ən güclü 3-cü komandası "Neftçi" birbaşa pley-off-a vəsiqəni təmin ediblər. Adı çəkilən klublarla yanaşı "B" qrupunu ilk pillədə bitirmiş "Şəki" klubu da, birbaşa pley-off mərhələsinə yüksəlib.


Reqlamentə əsasən digər klublar mübarizəyə pley-in mərhələsindən start verəcəklər. Pley-in cütlükləri:

"Sumqayıt"-"Sərhədçi", "Gəncə"-"Lənkəran", "Ordu"-"Quba" və "Abşeron"-NTD.

Qeyd edək ki, pley-in mərhələsində ən tez iki qələbə qazanmış klublar pley-off-aa vəsiqə qazanacaqlar.


Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
226
25
bizim.media

10Mənbələr