Rusiyalı məşqçi Qurban Berdıyev mövsümün sonunda “Turan-Tovuz” klubunun baş məşqçisi postunu tərk edə bilər.
Bizim.Media xəbər verir ki, 72 yaşlı mütəxəssis komanda avrokuboklara vəsiqə qazanacağı təqdirdə işini davam etdirəcək, əks halda mövsümün sonunda klub rəhbərliyi Berdıyevlə görüşərək gələcək əməkdaşlıq və onun həyata keçirilməsinin mümkünlüyünü müzakirə edəcək.
TT-nin mövsümün ikinci yarısında inamsız çıxışı və komandanın məşqçisinin məsləhəti ilə həyata keçirilən uğursuz transferlər rəhbərliyi onun fəaliyyətinə yenidən baxmağa vadar edib.
Qeyd edək ki, klubun Berdıyevlə müqaviləsi 2026-cı ilin yayına kimi qüvvədədir.
Rəşad Rafiqoğlu, Bizim.Media