AZ

“Fənərbağça” Kostiç üçün 4 milyon avro TƏKLİF EDİR

"Fənərbağça" komandada icarə əsasında çıxış edən Filip Kostiçin transferini həyata keçirmək arzusundadır.

Bizim.Media xəbər verir ki, İstanbul klubu bununla bağlı "Yuventus"la danışıqlara başlayıb.

Turin klubu da serbiyalı yarımmüdafiəçi yollarını ayırmağı planlaşdırıb.
 

İtaliya mətbuatı "Fənərbağça"nın 4 milyon avro qarşılığında Kostiçin transferini həyata keçirəcəyini yazıb. 33 yaşlı futbolçu ilə 2+1 illik müqavilə müqavilə bağlaması gözlənilir.


Qeyd edək ki, Filip "sarı-lacivərdli" formada 29 oyunda iki qol vurub, yeddi ötürmə verib.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
216
25
bizim.media

10Mənbələr