"Wedbush Securities"in analitiki Daniel Ayvs "Tesla"nın səhmlərinə dair qiymət proqnozunu 550 dollardan 315 dollara endirib.
Valyuta.az xəbər verir ki, o, bu qərarı şirkətin rəhbəri İlon Maskın yaratdığı imic böhranı və ABŞ Prezidenti Donald Trampın ticarət siyasətləri ilə izah edib.
Ayvsin fikrincə, "Tesla" Çin bazarında əhəmiyyətli müştəri itkisi ilə üzləşə bilər. Belə ki, Çin hökuməti ABŞ məhsullarına qarşı 34%-lik idxal rüsumu tətbiq etməyə hazırlaşır. Bu isə yerli markalara – "BYD", "Nio", "Xpeng" və başqalarına marağı artıracaq.
Qeyd edək ki, Trampın tarif açıqlamalarından sonra "Tesla"nın səhmləri cəmi iki günə 15% ucuzlaşıb və şirkət dəyərinin yarısını itirib.
Sərvanə Rəmixanova