1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
"Liverpul" İngiltərə Premyer Liqasında son dörd ilin antirekorduna imza atıb.
Oxu.Az xəbər verir ki, Mersisayd təmsilçisi bu uğursuzluğu "Fulhem"lə matçda yaşayıb.
Arne Slotun yetirmələri bir hissədə üç top buraxıblar. "Liverpul"a Premyer Liqada 45 dəqiqəyə üç qol vuran sonuncu komanda "Aston Villa" olub. Birmingem təmsilçisi 2020-ci ilin oktyabrında 4:1 hesablı qələbə qazananda da üç qolu bir hissədə vurub.
Qeyd edək ki, "Fulhem" klubu "Livepul"a 3:2 hesabı ilə qalib gəlib.