AZ

"Lester" antirekorda imza atıb

İngiltərənin "Lester" klubu antirekorda imza atıb.

"Report" "Squawka"ya istinadən xəbər verir ki, "tülkülər" İngiltərə çempionatları tarixində ardıcıl 8 ev matçında qol vurmadan uduzan ilk komanda olub.

Bu, XXXI turda "Nyukasl"a doğma meydanda 0:3 hesablı məğlubiyyətdən sonra reallaşıb. Rud van Nistelroyun baş məşqçisi olduğu kollektiv Premyer Liqada son 18 matçda cəmi iki qələbə qazanıb və bir heç-heçə edib.

Qeyd edək ki, “Lester” hazırda 17 xalla turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.

Seçilən
126
4
report.az

10Mənbələr