AZ

İranda şaxtada qazdan zəhərlənmə olub - Ölənlər var

İranın şimalındakı Semnan əyalətində kömür mədənində qazdan zəhərlənmə hadisəsi baş verib.

Azreform.info “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Bildirilib ki, zəhərlənmə nəticəsində azı 7 nəfər ölüb.

Məlumata görə, mədəndə olan bütün fəhlələr tuneldə qalıb və qazdan zəhərlənərək ölüblər. Daha 3 nəfərin hələ də içəridə olması ehtimal edilir.

Qaz sızmasının dəqiq səbəbi hələ müəyyən olunmayıb.

Seçilən
184
21
azreform.info

10Mənbələr