Aprelin 7-i axşam saatlarında İranın Simnan əyalətinin Damğan şəhərinin Mehmanduyə kəndində yerləşən daş kömür mədənində 7 mədənçi həlak olub.
Məlumata görə, işçilər zəhərli qaz sızması nəticəsində həyatlarını itiriblər.
Ölənlərdən üçünün iranlı, dördünün isə xarici vətəndaş olduğu bildirilib.