İndoneziyada 5,8 maqnitudalı zəlzələ qeydə alınıb.
Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Məlumata görə yeraltı təkanların episentri 20 min nəfərdən çox əhalisi olan Sinabang qəsəbəsindən 65 km şimal-şərqdə yerləşib.
Zəlzələnin hiposentri 35 km dərinlikdə yerləşib.
İnsan tələfatı və dağıntılar barədə məlumat yoxdur.