İndoneziyada 5 bal gücündə zəlzələ qeydə alınıb.
Publika.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin saytında məlumat verilib.
Qeyd edilib ki, yeraltı təkanların episentri General Santos şəhərindən 156 km cənub-şərqdə,10 km dərinlikdə yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.