Bir neçə gün əvvəl mövsümün sonunda “Mançester Siti”dən ayrılacağını açıqlayan Kevin de Brüyne ABŞ-da çıxış edə bilər.
QOL.az ESPN-ə istinadən xəbər verir ki, belçikalı yarımmüdafiəçi “İnter Mayami”nin maraq dairəsindədi.
MLS təmsilçisi yayda onu heyətinə cəlb etməyi planlaşdırır. Futbolçu Səudiyyə Ərəbistanı klubları da maraqlansa da, onun ABŞ-da oynamaq istədiyi bildirilib.
Xatırladaq ki, "İNter Mayami"də Lionel Messi, Luis Suares, Serxio Buskets və Jordi Alba kimi ulduz futbolçular da çıxış edir.