AZ

De Bruyne Messi ilə komanda yoldaşı olacaq?

"Mançester Siti"nin yarımmüdafiəçisi Kevin De Bruyne Lionel Messinin çıxış etdiyi "İnter Mayami"nin futbolçusu ola bilər.

Publika.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

De Bruyne karyerasını MLS-də davam etdirmək istəsə, David Bekhemin klubunun yarımmüdafiəçi ilə eksklüziv danışıqlar aparmaq hüququ var.

Çempionatın qaydalarına görə, klublar istənilən vaxt danışıqlar üçün siyahısında beşə qədər oyunçu əlavə edə bilər. Şimali ABŞ təmsilçisi oyunçunun adını təqdim etməklə çempionatın digər iştirakçıları ilə rəqabət olmadan ilk növbədə danışıqlara başlamaq üçün müstəsna hüquqa malikdir.

Seçilən
110
1
publika.az

10Mənbələr