AZ

Alimlər: 200 il sonra sürünənlər yeni "dinozavrlar"a çevriləcək

Yeni Zelandiyalı alimlər müəyyən ediblər ki, 2200-cü ilə qədər quru sürünənləri nəhəng ölçülərə çatacaq - bəzi növlərin çəkisi 100 kiloqramı keçə bilər. Hətta iquan kimi kiçik növlər belə iri itlər ölçüsünə qədər böyüyə bilər. 

HİT.az xəbər verir ki, trədqiqatın nəticələri "Global Ecology and Conservation" (GЕС) jurnalında dərc olunub.

Alimlərin sözlərinə görə, bu "sıçrayışın" səbəbi təkamül dəyişiklikləridir. Hazırda əksər sürünənlərin (timsahlar, varanlar) təbii düşmənləri yoxdur, yəni onların getdikcə iriləşməsinə heç nə mane olmur. Dinozavrlar dövründə sürünənlər daha kiçik idi - bir çoxu adi kərtənkələlərdən ölçüsünə görə fərqlənmirdi. Lakin milyon illər ərzində onların ölçüləri əhəmiyyətli dərəcədə artıb.

"Sürünənlər dinozavrlar dövründən bəri sabit şəkildə böyüyür - kiçik kərtənkələlərdən müasir timsah və tısbağalara qədər", deyə tədqiqatçılar qeyd edib.

Bu faktı paleontoloji tapıntılar təsdiqləyir - müasir timsah və tısbağaların əcdadları zaman keçdikcə daha da iriləşiblər. İqlim nə qədər tez dəyişsə, sürünənlər də bir o qədər sürətli dəyişiblər. Eyni zamanda, kiçik növlər əvvəlcədən iri olan növlərdən daha sürətli böyüyüblər.

Alimlər hesab edirlər ki, 175 il ərzində iri varanların çəkisi 70 kiloqramdan 250 kiloqrama qədər artacaq, beş kiloqramlıq iguanalar isə iri itlər ölçüsünə çataraq 50 kiloqram çəkiyə qədər böyüyəcək.

Samir

Seçilən
200
50
hit.az

10Mənbələr