AZ

Konqoda insanlar "dinozavrlar"la necə qarşılaşıb? - Alimlər izah etdi

"National Geographic" nəşrinin yaydığı məlumata görə, Konqo meşələrində insanların guya canlı dinozavrlarla qarşılaşdıqlarına dair iddiaların elmi izahı tapılıb. 

HİT.az xəbər verir ki, alimlər bu müşahidələrin əsasən səhv tanınma halları olduğunu bildiriblər.

Mütəxəssislərin fikrincə, meşələrin kütləvi şəkildə qırılması səbəbindən bir çox heyvanlar öz təbii yaşayış yerlərini tərk edərək insanlara daha yaxın ərazilərə üz tuturlar. Bu səbəbdən insanlar əvvəllər rastlaşmadıqları bu canlıları qeyri-adi və ya əfsanəvi varlıqlar kimi qavrayırlar.

Bioloq Cozef Oyanqe bu vəziyyəti belə izah edir: "Qorillaların meşələrin məhv edilməsindən sonra əkin sahələrinə gəlib orada qidalanması, məhsulları tapdalaması və ətrafı gurultulu səslərlə narahat etməsi halları müşahidə olunub".

O bildirib ki, belə hallardan birində yerli bir yeniyetmə onunla söhbət zamanı bu davranışların mokele-mbembe adlı əfsanəvi varlığa aid olduğunu düşündüyünü deyib. Mokele-mbembe Konqo çayı ətrafındakı meşələrdə yaşadığı iddia edilən və uzunboyunlu dinozavrları xatırladan mifoloji bir məxluqdur.

Bundan əvvəl Afrikanın Konqo çayı yaxınlığındakı cəngəlliklərdə mokele-mbembeyə bənzər, dinozavra oxşayan canlıların tez-tez görüldüyü barədə xəbərlər yayılmışdı. Bu canlılar çox vaxt uzun boyunlu zauropodlara bənzədilir.

Portlend şəhərində yerləşən Beynəlxalq Kriptozoologiya Muzeyinin direktoru Loren Kolman isə bildirib ki, bu sirli müşahidələrin səbəbi əslində iri sürünənlər, nəhəng kərgədanlar və ya tədqiqatçılara tanış olmayan digər su canlıları ola bilər.

Samir
 

Seçilən
263
50
hit.az

10Mənbələr