Demokrat.az xəbər verir ki, millimiz 119 xal toplayaraq komanda hesabında 1-ci yeri tutub.
Təmsilçilərimiz Gürcüstan (114 xal) və Türkiyəni (73 xal) arxada qoyaraq fəxri kürsünün ən yüksək pilləsində yer alıblar. Sərbəst güləş yığmamız tarixində 5-ci də Avropa çempionu tituluna sahib çıxıb. Bundan əvvəl millimiz 2009, 2017, 2022 və 2023-cü illərdə qitənin ən güclüsü olub.
Qeyd edək ki, sərbəst güləş yığmamız Avropa çempionatını 6 medalla başa vurub.