AZ

Alman üzgüçü 400 metr məsafə üzrə sərbəst üsulda dünya rekordu vurub

Almaniyadan olan Lukas Mertens İsveçin paytaxtı Stokholmda keçirilən turnirdə 400 metr məsafəyə sərbəst üsulla üzməkdə yeni dünya rekordu vurub.

"Report" xəbər verir ki, L.Mertens bu məsafəni 3 dəqiqə 39,96 saniyəyə qət edərək 2009-cu il dünya çempionatında həmyerlisi Pol Bidermanın nailiyyətini (3 dəq. 40,07 saniyə) üstələyib.

Qeyd edək ki, 23 yaşlı Mertens 400 metr məsafəyə sərbəst üsulla üzmə üzrə Olimpiya çempionu və 2022-ci il Avropa çempionatının qalibidir. Onun dünya çempionatından bir gümüş və iki bürünc medalı var.

Seçilən
177
3
report.az

10Mənbələr