Türkiyə və İsrail Bakıda danışıqlar zamanı Suriyada iki ölkə arasında gərginliyin qarşısını almaq üçün razılığa gələ bilməyiblər.
Publika.az xəbə verir ki, bu barədə İsrailin "Kan" dövlət televiziya və radio şirkəti məlumat yayıb.
Bildirilib ki, İsrail və Türkiyə tərəflərinin Suriyada aralarında münaqişələrin qarşısının alınması mexanizminin yaradılması barədə razılığa gəlməyə çalışdıqları danışıqlar 2024-cü ildə aprelin 12-dən 19-dək qeyd olunacaq yəhudilərin Pasxa bayramı bitdikdən sonra davam etməlidir.
Kan həmçinin iddia edir ki, Türkiyə Azərbaycana İsrail nümayəndə heyətini aparan İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin öz hava məkanından keçməsinə icazə verməkdən imtina edib. Nəticədə təyyarə Qara dəniz üzərindən daha qərbə Türkiyə ətrafında uçmağa məcbur olub.