Bu arada İsrail baş naziri Binyamin Netanyahunun ofisi danışıqların təşkilinə görə dünən açıq şəkildə vasitəçi roluna eyham vuran Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür edib.
“Danışıqlar zamanı hər bir tərəf regionda öz maraqlarını təqdim edib və onlar təhlükəsizliyin sabitliyini qorumaq üçün rabitə kanalını davam etdirməyə razılaşıblar”, - deyə baş nazir bildirib.
Tadmor (Palmira) Suriyanın mərkəzi hissəsində, Dəməşqdən 215 km şimal-şərqdə yerləşən şəhərdir.
Homs əyalətinin bir hissəsidir. Şəhərin yaxınlığında Türkiyənin öz qüvvələrini yerləşdirməyi planlaşdırdığı Əl-Tiyas zonası ("T-4") yerləşir.
Aprelin əvvəlində bu ərazidə Əsəd ordusunun tərk etdiyi baza havadan hücuma məruz qalıb. “Middle East Eye” internet nəşri iddia edir ki, hücum Türkiyə komandanlığının öz mütəxəssislərini obyektlərin texniki vəziyyətini qiymətləndirmək üçün bazalara göndərmək üzrə olduğu anda həyata keçirilib.
İsrailin təhlükəsizlik mənbələri Suriyanın mərkəzindəki türk bazalarının israil hərbi hava qüvvələrinin Suriya hava məkanında fəaliyyət azadlığını məhdudlaşdıracağını vurğulayır. Əsəd rejiminin süqutuna qədər iranlılar "T-4" zonasının infrastrukturunu xeyli gücləndiriblər. Əl-Tiyasdakı bazalar dəfələrlə qabaqlayıcı hava hücumlarına məruz qalıb.