Gəncədə 1991-ci il təvəllüdlü Rəşad Nəsrullayevə bıçaq xəsarətləri yetirən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımovun Bizim. Media-nın yerli bürosuna verdiyi məlumata görə polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində R. Nəsrullayevin əl nahiyyəsinə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən, 1990-cı il təvəllüdlü S. İsmayılov saxlanılıb.
MÖVZU İLƏ BAĞLI:
Gəncədə keçmiş sinif yoldaşlarının mübahisəsi QANLA BİTDİ
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, sözügedən hadisə Gəncənin Cavad Xan qəsəbəsində baş verib. 1991-ci il təvəllüdlü Rəşad Nəsrullayev bədəninin kəsilmiş deşilmiş yaraları diaqnozu ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıb. O dərhal əməliyyata götürülüb, vəziyyətinin orta ağır olduğu bildirilir.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu