“Real”ın baş məşqçsisi Karlo Ançelotti “qaymaqlılar”ın sükanı arxasındakı gələcəyi ilə bağlı sualı cavablayıb.
Arena.az “Managing Madrid” dərgisinə istindən, italyan mütəxəssisin mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:
“Mən öz gələcəyim haqda danışmamalıyam, çünki müqavilə tamamilə aydındır. Bunun necə olmasına rəğmən, müqaviləm mövsümün sonunda müzakirə ediləcək. Klub məni həmişə dəstəkləyir, xüsusilə çətin məqamlarda”, deyə Ançelotti vurğulayıb.
Xatırladaq ki, “Real”ın son vaxtlar uğursuzluqlar zolağına düşməsi mənzərəsində Karlo Ançelottinin cari mövsümün bitməsilə istefaya göndəriləcəyi haqda xəbərlər yayılıb.
Xatırladaq ki, Karlo Ançelottinin “Real”la ilk macərası 2013-2015-ci illəri əhatə edib. Daha sonra 2021-ci ildə “Kral klubu”na geri qayıdaraq, Ançelotti indiyədək “qaymaqlılar”ı çalışdırır. Karlo Ançelottinin İspaniya nəhəngi ilə müqaviləsinin müddəti 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Rəhbərliyi müddətində Ançelotti “Real”ı 344 oyuna çıxarıb, 247 qələbə, 48 heç-heçə, 49 məğlubiyyət yaşayıb. İtalyan mütəxəssisin rəhbərliyi altında “qaymaqlılar”ın top fərqi isə 829:337 nisbətindədir.
Təcrübəli mütəxəssisin rəhbərliyi altında “Real”ın qazandığı qalibiyyətlərə İspaniya La Liqası (2021/2022, 2023/2024), İspaniya Kral Kuboku (2013/2014, 2022/2023), İspaniya Super Kuboku (2021/2022, 20223/2024), Çempionlar Liqası (2013/2014, 2021/2022, 2023/2024), UEFA Super Kuboku (2014, 2022, 2024) və FIFA Klub Dünya Kuboku (2014, 2022) və FIFA Qitələrarası Kubok (2024) daxildir.
65 yaşlı Karlo Ançelottinin məşqçilik məktəbindən həmçinin “Everton”, “Napoli”, “Bayern”, PSJ, “Çelsi”, “Milan”, “Yuventus”, “Parma” və “Recana” keçiblər.
Ançelottinin “Real”ı 30 oyundan 63 xalla İspaniya La Liqasının yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb.