AZ

XXI əsrdə orta əsr əxlaqı: Qanada "cadugər ovu" elan edilib

Qananın bir çox bölgələrində cadugərlik inancı dərin köklərə malikdir. İnsanlar hesab edirlər ki, bəzi şəxslər - xüsusilə yaşlı qadınlar - fövqəltəbii güclərə sahibdirlər və bu güclərlə başqalarına zərər verə bilərlər: xəstəliklərə səbəb olmaq, bədbəxt hadisələr törətmək və ya ailə münaqişələrini qızışdırmaq kimi. Buna görə də belə ittihamlar adətən hər hansı bir faciədən sonra irəli sürülür.

HİT.az xəbər verir ki, "cadugərlər" adətən öz evlərindən qovulur. Zərərçəkmiş qadınlar "cadugər düşərgələri" adlanan yerlərdə sığınacaq tapırlar. Bu kasıb düşərgələrdə onlar əgər başqa bir icma tərəfindən qəbul edilməzlərsə, ömürlərinin sonuna qədər yaşamaq məcburiyyətində qalırlar. Son illərdə isə bu hallarla yanaşı zorakılıq və hətta qətl hadisələrinin sayı da artıb.

Xüsusilə hüquq müdafiəçilərinin qəzəbinə səbəb olan hadisələrdən biri 90 yaşlı Akua Dentenin qətli olmuşdu. 2020-ci ildə Qananın Savan regionunda 90 yaşlı qadın kəndin zəif inkişaf etməsi və digər "adi olmayan" hadisələrlə əlaqələndirilərək linç edilib. Qadın daşla döyülərək öldürülüb. Hadisə videoya çəkilərək sosial şəbəkələrdə geniş yayılıb. Linç hadisəsindən üç il sonra təqsirləndirilən yeddi nəfərdən beşi bəraət alıb. Əsas təqsirkar sayılan iki qadın isə 12 il həbs cəzasına məhkum olunub. Bu barədə "The Herald" adlı Qana platforması məlumat yayıb.

Elə həmin il Qanada cadugərliklə bağlı ittihamları cəzalandıran qanun layihəsi hazırlanıb. Lakin bu sənəd hələ də imzalanmayıb. "Amnesty International" təşkilatı Qana hökumətini zərərçəkmiş qadınların müdafiəsi üçün yetərli tədbirlər görməməkdə tənqid edir və cadugərliyə qarşı "ov"a son qoymağa çağırır.

Samir

Seçilən
170
50
hit.az

10Mənbələr