AZ

Dani Alveşin məhkəməsi oldu

style='margin-bottom:10px;'>

"Barselona"nın və Braziliya millisinin keçmiş futbolçusu Dani Alves zorlama ittihamı ilə məhkəmə qarşısına çıxıb.

QOL.az "Washington Post"a istinadən xəbər verir ki, prokurorluq təqsirləndirilən şəxsə 9 il həbs cəzası və 150 ​​min avro məbləğində təzminat tələb edir. Həbsdən sonra isə futbolçunu 10 il sınaq müddəti gözləyir.

Xəsarət alan qızın əsəbləri pozulduğu və bu səbəbdən xeyli arıqladığı, sosial çevrəsini məhdudlaşdırdığı da bildirilir.

Alveş baş verənlərlə bağlı ifadəsini bir neçə dəfə dəyişib ki, bu da şübhəli görünür. Daninin taleyi ilə bağlı yekun qərarın fevralın 7-də veriləcəyi gözlənilir.

Xatırladaq ki, yanvar ayında Dani Alves Barselonadakı gecə klubunda 23 yaşlı qızı zorlamaqda ittiham edilmişdi.

Seçilən
280
7
teleqraf.com

10Mənbələr