AZ

Daniel Alves məhkəmə qarşısına çıxarıldı

Braziliya yığmasının sabiq müdafiəçisi Daniel Alves zorlama ittihamı ilə bağlı iş üzrə məhkəmə qarşısında cavab verib.

Arena.az bu barədə “Washington Post” dərgisinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, prokurorluq müvafiq iş üzrə təqsirləndirilən Daniel Alvesə 9 il həbs cəzası və zərərçəkmişə 150 min avro məbləğində təzminat tələb edir. Həbsdən sonra isə Alvesi 10 il sınaq müddəti gözləyir.

Zərərçəkmiş qadının əsəb sarsıntısı keçirdiyi səbəbindən xeyli arıqladığı və sosial çevrəsini məhdudlaşdırdığı da bildirilir. İndi həmin qadınla psixoloqlar işləyirlər. Bundan əlavə, Alvesin müdafiəsi cinsi əlaqənin baş verdiyini, amma bunun razılıq əsasında olduğunu iddia edirdilər. Bununla belə, braziliyalı artıq bir neçə dəfə hadisələrlə bağlı fikrini dəyişib ki, bu da gerçəyə baxış nöqteyi-nəzərindən şübhəli görünür. Daniel Alvesin taleyi ilə bağlı yekun qərarın fevralın 7-də veriləcəyi gözlənilir.

Xatırladaq ki, Dani Alves 2023-cü ilin yanvar ayının 20-dən Kataloniya həbsxanasında saxlanılır. Yanvar ayında məşhur futbolçuya Barselonadakı “Sutton” gecə klubunda 23 yaşlı qadını zorlaması barədə ittiham irəli sürülüb.

Seçilən
178
7
arena.az

10Mənbələr