AZ

Mərkəzi Bankın sədri: 2025-ci ildə ÜDM-in artımı 4 faiz proqnozlaşdırılır

Mərkəzi

Bakı, 1 noyabr, AZƏRTAC

Azərbaycan Mərkəzi Bankı (AMB) 2025-ci ilə qədər ölkəmizdə Ümümi Daxili Məhsulun (ÜDM) artımının 4 faiz təşkil edəcəyini proqnozlaşdırır.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının sədri (AMB) Taleh Kazımov noyabrın 1-də keçirdiyi mətbuat konfransında bildirib.

“ÜDM artımının 2023-cü ildə 1,5 faiz, 2024-cü ildə 3,5 faiz, 2025-ci ildə 4 faiz olacağı proqnozlaşdırılır. Qeyri-neft ÜDM 2023-cü ildə 3 faiz, 2024-cü ildə 6 faiz, 2025-ci ildə 5,5 faiz səviyyəsində olacaq", - deyə T.Kazımov qeyd edib.

Seçilən
186
5
azertag.az

5Mənbələr