“Mərkəzi Bank 2025-ci ilə qədər ölkədə ÜDM-in artımının 4% təşkil edəcəyini proqnozlaşdırır”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov keçirilən mətbuat konfransında bildirib.
Taleh Kazımov vurğulayıb ki, ÜDM artımının 2023-cü ildə 1,5 %, 2024-cü ildə 3,5 %, 2025-ci ildə 4 % olacağı proqnozlaşdırılır:
“Qeyri-neft ÜDM 2023-cü ildə 3 %, 2024-cü ildə 6 %, 2025-ci ildə 5,5 % səviyyəsində olacaq”.