Azərbaycan Mərkəzi Bankı (AMB) 2025-ci ilə qədər ölkəmizdə Ümumi Daxili Məhsulun (ÜDM) artımının 4 faiz təşkil edəcəyini proqnozlaşdırır.
AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının sədri (AMB) Taleh Kazımov noyabrın 1-də keçirdiyi mətbuat konfransında bildirib.
“ÜDM artımının 2023-cü ildə 1,5 faiz, 2024-cü ildə 3,5 faiz, 2025-ci ildə 4 faiz olacağı proqnozlaşdırılır. Qeyri-neft ÜDM 2023-cü ildə 3 faiz, 2024-cü ildə 6 faiz, 2025-ci ildə 5,5 faiz səviyyəsində olacaq", - deyə T.Kazımov qeyd edib.